ABŞ-ın sabiq prezidenti Barak Obama proqram aparıcılığı üçün "Netflix" şirkəti ilə görüşür.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında hələ razılaşma əldə edilməyib. Deyilənə görə, Obama motivasiya verən Amerika hekayələrini ekrana gətirən proqramda prodüser və ya aparıcı ola bilər.
Barak Obamanın həyat yoldaşı Mişel Obamanın isə qidalanma proqramında aparıcı olacağı ehtimallar arasındadır.
Qeyd edək ki, "online" xidmət göstərən "Netflix"in ABŞ-da 55, dünyada 117 milyon abunəçisi var. Şirkət məsələ ilə bağlı danışmaqdan imtina edib.
Gülşən
Şərhlər