Odisseyin qayıtmaqlığı...

Odisseyin qayıtmaqlığı...

Hüseynbala Səlimov

Düşünülmüş şəkildə özünə qarşı etirazların miqyasını kiçiltmək – bu, bütün hakimiyyətlər üçün xarakterikdir. Bu mənada qonşu Gürcüstan da istisna deyil. Amma biz 21-ci əsrdə yaşayırıq və insanların sərəncamında informasiya almağın və ötürməyin yüzlərlə yeni üsulları var.
Odur ki, Gürcüstan hakimiyyəti nə qədər çalışsa da, bütün hallarda, etiraf etmək lazım gəlir ki, ötən həftə eks-prezident Mixeil Saakaşviliyə dəstək aksiyası baş tutdu.

Amma Gürcüstan cəmiyyəti iki düşərgəyə bölünübdü. Bir hissə tələb edir ki, eks-prezidentə qarşı hüquqi təqiblərə son verilsin, digər hissə isə bu fikirdədir ki, Saakaşvili cəzalandırılmalıdır.

Hazırda bu haqda müəyyən bir şey demək çətin məsələdir. Ən azı ona görə ki, söhbət başqa bir ölkədən gedir, hətta baxmayaraq ki, bu, çox yaxın, qonşu bir ölkədir. Hələlik yalnız onu demək mümkündür ki, eks-prezident Saakaşvili çox güclü insan və siyasətçidir.

Onu da qeyd edək ki, prosesə gürcü kilsəsi də qoşulub. Amma onlar da iki düşərgəyə bölünüblər – burada da bir hissə onun azadlığını tələb edir, qalanlar isə düşünür ki, eks-prezident cəzalanmalıdır.

Ümumilikdə demək olar ki, Gürcüstanda proseslər beynəlxalq demokratik institutların nəzarəti altında keçir. Amma son vaxtlarda bu münasibətlərdə bir çat yaranıb. Bu baxımdan demək olar ki, Saakaşvili çox əlverişli vaxt seçib. Düşünülürdü ki, son yerli seçkilər bu ziddiiyyətləri malalayacaq. Amma onlar hələ tam başa çatmayıb, çünki hələ ikinic tur da olacaq. Yalnız bundan sonra demək mümkün olacaq ki, beynəlxalq institutlar seçkinin gedişindən nə qədə razı qalıblar. 

Burada onu da qeyd etmək lazım gəlir ki, M.Saakaşvilinin partiyası bütün seçkilərdə ikinci böyük nəticəni göstərən siyasi partiya olur ki, bu da eks-prezidentə qarşı diqqəti bir az da artırır. 

Gözləmək olar ki, Ukrayna və Moldova hakimiyyətlərinin də dəstəyi güclü olacaq. Saakaşvili qısa müddətdə Ukrayna siyasətinə inteqrasıya edə bilibdi. Ona indiki Moldova hakimiyyəti də biganə deyil. Prezident M.Sandu baş nazir olarkən Saakaşvilini ölkəsinə dəvət etmək, islahatları ona həvalə etmək istəyirdi. O vaxt buna ondakı prezident İ.Dodon mane oldu. Amma düşünürük ki, prezident M.Sandu Saakaşviliyə qarşı öz isti münasibətini bu günə qədər saxlayıbdır.

Burada onu da qeyd edək ki, indi Gürcüstan hakimiyyəti üçün çətin vaxtdır. Bu günlərdə NATO-nun baş katibi bir daha bəyan etdi ki, bəs "GUAM üçlüyü” Alyansa üzv olacaq, amma bunun vaxtını demək çox çətindir. Bəli, demək olar ki, "GUAM üçlüyü”nün NATO-ya qəbulu bir siyasi konyunktura predmeti olubdur, onun köməyilə NATO ölkələri Rusiyaya təzyiq edir. 

Üstəgəl, NATO və Aİ üzərindəki səma heç də buludsuz deyil. Bəzi ölkələr hesab edirlər ki, Alyansa və Aİ-a üzv olmaqla öz suverenliklərini  itiriblər. Belə iddialar indi Polşada çox eşidilir. Orada ölkə konstitusiyasının beynəlxalq hüququn – Avropa hüququnun üstünlüyü haqqındakı maddələrə yenidən baxılır. 
Bir daha qeyd edək ki, vaxtilə Aİ üzvləri öz suverenliklərinin bir hissəsini Avropanın üst qurumlarına güzəşt edirdilər. İndi isə onlar Aİ-nın qərarlarından narazıdırlar və elə bu səbəbdən də əvvəlki vaxtlara qayıtmaq, öz suverenliklərini bərpa etmək istəyirlər.

Niyə bu məqama toxunduq? Təəssüf ki, indi qlobal demokratiya dalğası yoxdur, hansının ki, soyuq müharibədən sonra şahidi olmuşduq. 
Vaxtilə Avropa inteqrasiyasının motoru olan ABŞ artıq tamam fərqli siyasət yürüdür – gah Avrasiyanı tərk edəcəklərini deyir, gah da anqlo-sakson hərbi blokunu yaradırlar.

Əlbəttə, Saakaşvilinin məsələsi qlobal bir proses deyil. Amma NATO ölkələrinin, Avropa İttifaqının bircə bəyanatı yetər ki, gürcü hakimiyyəti eks-prezidenti azad etsin. Amma belə bir bəyanat olacaqmı? Təəssüf ki, bunu dəqiq bilmirik...

XƏBƏRLƏR
BLOGLAR
X