Bəzi ixtiraçılar yaratdıqları kəşflərlə insanlıq tarixinə adlarını yazdırıblar. Hətta bəzilərinin adları bu gün də həyatımızda yaşayır.
Samuel Morzenin yaratdığı Morze əlifbasından Lui Pasterin pasterizasiya metoduna, Kandido Cakkuzzinin cakuzisindən Erno Rubikin rubik kubuna qədər bir çox ixtira bu gün də sahiblərinin adları ilə anılır.
Mixail Kalaşnikovun AK-47 avtomatı, Adolf Saksın saksofonu və 4-cü Sandviç qrafının adını daşıyan sandviç ilə bu siyahını daha da uzatmaq mümkündür.
Ancaq bəzi ixtiraçılar var ki, onların kəşfləri gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib, amma adlarını çox az adam xatırlayır.
Məsələn, konserv açanı bəşəriyyətı bəxş edən Robert Yates, düz altlı kağız torbanı yaradan Marqarit Knaytvə nəqliyyat işığını icad edən Garrett Auqustus Morqanı kimlər xatırlayır?
Dünyaya fayda verən bəzi ixtiraçıların həyatları öz kəşfləri ilə faciəvi şəkildə sona çatıb.
Qaynarinfo həmin ixtiraçıların kəşflərini və ölüm səbəblərini təqdim edir:
Göydən yıxılmaq
Bəşəriyyət yaranandan insanlar həmişə quş kimi uçmağı arzulayıb. Yunan mifologiyasında Dedal yaratdığı Krit labirintindən qaçmaq üçün özü və oğlu İkar üçün lələklər və mumdan qanadlar düzəldir. Lakin İkar günəşə çox yaxınlaşır, qanadları əriyir və o, dənizə düşərək ölür.
Amma yerin cazibəsinin qurbanı tək o, olmayıb. İngilis akvarel rəssamı Robert Kokinq paraşütlə tullanarkən qəza nəticəsində həyatını itirən ilk insan olub. 1785-ci ildə məşhur fransız ixtiraçı Jean-Pyerr Blanhard ilk müasir paraşüt tullanışını reallaşdırıb.
Yarım əsr sonra Robert Kokinq bu mexanizmi daha da inkişaf etdirə biləcəyini düşünüb və illərlə yeni dizayn üzərində çalışıb. 24 iyul 1834-cü ildə Londonda məşhur Royal Nassau hava şarında öz hazırladığı paraşütlə sınaq keçirmək istəyib.
Qrinviçdən 1500 metr yüksəklikdə hava şarında ayrılıb. Başlanğıcda hər şey qaydasında görünüb, lakin qəfildən paraşütün parçaları çevrildi və Kokinq yerə çırpılaraq həyatını itirib.
Ölümünə səbəb isə paraşütü dizayn edərkən çəkisini düzgün hesablamaması olub.
Franz Reyçelt və Eyfel qülləsindən ölümcül tullanış
Təxminən 80 il sonra fransız dərzi Frans Rayxelt də oxşar bir taleyi yaşayıb. O, pilotlar üçün təcili hallarda uçuş zamanı açılacaq bir paraşüt paltarı hazırlamaq istəyirdi. İpəkdən hazırlanmış qatlanan qanadlar olan bu paltarı ilk olaraq manekenlər üzərində sınadı və müəyyən uğurlar qazanıb.
Daha yüksəkdən sınaq lazım olduğuna qərar verərək Eyfel qülləsini seçib. 4 fevral 1912-ci ildə birinci mərtəbədən – 57 metr hündürlükdən tullanmaq üçün icazə alıb və mətbuatı dəvət edib. O gün gözlənilməz qərar verib: maneken deyil, özü tullanacaqdı.
Ətrafındakılar onu bu fikrindən daşındırmağa çalışsalar da, Reyçelt atlayıb. Paraşüt açılmayıb və o, izdihamın gözü önündə həyatını itirib.
Axına qarşı gedən dəniz fənəri
Henri Vinstanli mexanika və hidravlik mexanizmlərə heyran olan ingilis rəssamı və qravit ustası olub. O, Eddiston qayalıqlarında iki gəmisini itirdikdən sonra, burada dəniz fənəri inşa etməyə qərar verib.
1696-cı ildə işə başlayıb, lakin fransız quldurları tərəfindən qaçırılıb. Azad edildikdən sonra geri qayıdıb işini davam etdirib və 1698-ci ildə 27 metr hündürlüyündə ilk fənərini işə salıb.
Güclü küləklərdə fənərin yetərsiz olduğunu anlayaraq hündürlüyünü 40 metrə qaldırdı və divarlarını möhkəmləndirib.
1703-cü ildə baş verən və "bütün zamanların ən böyük fırtınası” adlandırılan təbii fəlakətdə Winstanley fənərdə gecələməyə qərar verib. Lakin həmin gecə fənər və onun ixtiraçısından heç bir iz qalmayıb.
Bununla belə, onun işi itməyib. Fənər işlədiyi beş il ərzində bölgədə heç bir gəmi qəzaya uğramayıb. Bu uğur nəticəsində bu gün də Eddiston qayalıqlarında bir dəniz fənəri var.
Fırtına və ildırım
1745-ci ildə ixtira edilən Leyden şüşəsi elektrik tədqiqatlarına böyük maraq oyadıb. Rusiyalı fizik Qeorq Vilhelm Rixman Benjamin Franklinin ildırımın elektrik təbiətli olduğunu sübut etmək ideyasından təsirlənərək, öz elektrometr cihazını düzəldib.
1753-cü ildə, şimşəkli bir gündə cihazını sınaqdan keçirmək istəyib. Tavanına metal çubuq yerləşdirərək atmosfer elektrik yükünü ölçmək istəyib. Ancaq ildırım çubuğa çırpılıb və Rixmann başından vurularaq yerə yıxıldı. Güclü partlayış nəticəsində o, ilk elektrik tədqiqatında ölən insan olaraq tarixə keçib.
İngilis alim Cozef Pristli 1767-ci ildə "hər elektrikçiyə Rixman qədər şərəfli ölüm nəsib olmur” deyə yazmışdı.
Təpiklə gələn ölüm
19-cu əsrdə qəzet çapı sürətlə inkişaf edirdi və Uilyam Bullok bu sahədə inqilabi bir addım atıb. O, fırlanan çap maşınını ixtira edib. Kağız rulonlarının avtomatik olaraq bəslənməsi, iki tərəfli çap, qatlama və kəsmə kimi xüsusiyyətlər bu ixtira ilə mümkün olub.
Lakin 1867-ci ildə Philadelphia Public Ledger üçün maşını quraşdırarkən Bullockun ayağı mexanizmə ilişub. Ayağı xəsarət alıb və qanqren olub. Əməliyyat zamanı həyatını itirib.
Onun xatirəsi 1964-cü ildə "fırlanan çap maşının icadı müasir qəzetçiliyi mümkün etdi” yazılan lövhə ilə əbədiləşdirilib.
Günay
Şərhlər