Xəbər lenti

Bu xəstəxanalarda "vozafiks" yoxa çıxdı - Həkimlər TƏBİB-i günahlandırır
Ölkə17:54 09.12.2025

Bu xəstəxanalarda "vozafiks" yoxa çıxdı - Həkimlər TƏBİB-i günahlandırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda xəstəxanalarda venadaxili katater (vozafiks) çatışmazlığı yaranıb. 
Qaynarinfo-ya daxil olan məlumata görə, artıq 5 gündən çoxdur venadaxili katater xəstəxanalara müraciət edən xəstələrin özlərinə aldırılır. 
Bu hal Kliniki Tibbi Mərkəzin tabeliyində olan müəsisələrdə yaranıb.
Xəstələr bu vəziyyətdən şikayət edərkən isə onlara bildirilib ki, son günlər çoxalan qrip infeksiyası ilə bağlı müraciət edənlərin sayı çox olduğundan xəstəxanalarda "vozafiks" çatışmır. TƏBİB isə xəstələxanları bu kataterlərlə təmin etmir. 
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 
Aydın