Xəbər lenti

"Sabah" basketbol klubu Çempionlar Liqasında ilk qələbəsini qazandı
İdman22:20 09.12.2025

"Sabah" basketbol klubu Çempionlar Liqasında ilk qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah" basketbol komandası Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Qaynarinfo xəbər verir ki, Bakıda Çexiyanın "Nimburk" klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 105:87 hesabı ilə qalib gəlib.
Bu, "bayquşlar"ın cari mövsüm Çempionlar Liqasındakı ilk qələbəsi olub.
Qeyd edək ki, "Sabah" B qrupunda 6 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb. Çexiya təmsilçisi 6 xalla üçüncüdür. Fransanın "Elan Şalon" kollektivi 8 xalla liderdir. Almaniyanın "Alba" (Berlin) komandası isə 7 xalla ikinci sıradadır.