Xəbər lenti

Avropanın ən nüfuzlu 28 şəxsi: Siyahıya Tramp başçılıq edir
Dünya 17:32 09.12.2025

Avropanın ən nüfuzlu 28 şəxsi: Siyahıya Tramp başçılıq edir

"Politico” nəşri Avropanın 28 ən nüfuzlu şəxsi siyahısını dərc edib.

Qaynarinfo xəbər verir ki, reytinqin birinci pilləsində ABŞ prezidenti Donald Tramp qərarlaşıb. 

Nəşr bununla bağlı yazır: "Avropanın Donald Trampla münasibətlərini təsvir etməyə çalışmaq tam zamanlı diplomatik bir işə çevrilib. O, tərəfdaşdırmı? Bəzən. Təhdiddirmi? Bəzən. Münasibətləri öz şərtləri ilə yenidən formalaşdıran qüvvədirmi? Həmişə. Aydın olan odur ki, Avropa gözlənilməz, dominant bir tərəfdaşla qarşılaşır və onun impulsları qitəni bir gecədə alt-üst edə bilər".

"Politco"nun Avropa siyasətində ən güclü 28 insanın illik reytinqini hazırlayarkən bir reallıq qaçılmaz olub: Bu il heç kim Avropada və ya Avropaya ABŞ prezidentindən daha çox təsir göstərməyib".

İlk beşlikdə həmçinin Danimarkanın baş naziri Mette Frederiksen, Almaniya kansleri Fridrix Merz, Fransanın Milli Cəvhə Partiyasının lideri Marin Le Pen və Rusiya prezidenti Vladimir Putin yer alıblar.

Ukrayna prezidenti Volodimir Zelenski 14-cü yeri tutub. "Politico” Zelenskini "göyərtədəki joker” adlandırıb və onun fevral ayında ABŞ prezidenti Donald Tramp ilə baş vermiş, "dağıdıcı” kimi xarakterizə olunan qarşıdurmasını xatırladıb: "Çox az adam inanırdı ki, münasibətləri bərpa etmək mümkün olacaq, amma buna baxmayaraq, Ukrayna liderinin səyi ilə bu baş verdi".

1. ABŞ prezidenti Donald Tramp
2. Danimarkanın baş naziri Mette Frederiksen
3. Almaniya kansleri Fridrix Merz
4. Fransanın Milli Cəvhə Partiyasının lideri Marin Le Pen
5. Rusiya prezidenti Vladimir Putin
6. Britaniya siyasətçisi, Reform UK partiyasının lideri Naycel Faraj
7. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen
8. NATO-nun baş katibi Mark Rütte
9. İtaliyanın baş naziri Corca Meloni
10. Böyük Britaniyanın baş naziri Kir Starmer
11. Alman siyasətçisi, Avropa Parlamentinin üzvü, Xristian-Sosial İttifaqının təmsilçisi Manfred Veber
12. Macarıstanın baş naziri Viktor Orban
13. Finlandiya prezidenti Aleksandr Stubb
14. Ukrayna prezidenti Volodimir Zelenski
15. Fransız iqtisadçısı Qabriel Zükman
16. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas
17. İspaniyalı hüquqşünas və siyasətçi Tereza Ribera
18. İsveçli milyarder, "Spotify"in həmtəsisçisi və baş direktoru Daniel Ek
19. Fransa prezidenti Emmanuel Makron
20. Avropa Mərkəzi Bankının keçmiş rəhbəri, İtaliyanın sabiq baş naziri Mario Draqi
21. Çex siyasətçisi və ANO partiyasının qurucusu Andrey Babiş
22. Avropadakı Birləşmiş Qüvvələrin Ali Komandanı, amerikalı general Aleksus Qrinkeviç
23. Polşa prezidenti Karol Navrotski
24. Almaniyada Sol Partiyanın lideri Haydi Rayxinnek
25. UniCredit-in baş direktoru Andrea Orsell
26. Fransalı hüquqşünas, Avropa Parlamentinin deputatı Rima Hassan
27. Niderland siyasətçisi Rob Yetten
28. FIFA-nın prezidenti Canni İnfantino

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->