Moda şərhçisi Con Sturcis qadınların gözəllik və baxım trendlərini tənqid edib.
Qaynarinfo xəbər verir ki, o, 11 gözəllik trendinin kişiləri qadınlardan uzaqlaşdırdığını irəli sürüb.
Gözəl görünmək üçün qadınların vaxt, pul və böyük səylər sərf etdiyi dəriyə qulluq vasitələri, makiyaj məhsulları və hətta estetik müdaxilələr artıq müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin İngiltərənin "Daily Mail” nəşrində yazı dərc edən moda şərhçisi Con Sturcis bəzi populyar gözəllik trendlərini hədəf alaraq onların kişiləri qaçırdığını iddia edib.
O, qadınlar arasında geniş yayılmış cərrahi və digər prosedurlar səbəbilə "təbii görünüşdən uzaqlaşıldığını” bildirib və keçmişdə "səhv” kimi qiymətləndirilən tətbiqlərin indi normallaşdığını vurğulayıb. Sturcisin analizində tənqid etdiyi trendlərin özü isə xüsusi diqqət çəkib.
Sturcis fenli saç düzümündən başlayaraq uzun və bəzəkli dırnaqları, həddindən artıq alınmış və ya yenidən çəkilmiş qaşları, taxma kirpikləri, kontur əsaslı makiyajı, kolagen maskalarını, dodaq dolğularını və çoxlu miqdarda istifadə olunan dodaq boyalarını tənqid edib. O, həmçinin "Turkey teeth” kimi tanınan parlaq ağ çini diş modasının, "obma qaldırma” əməliyyatlarının və çoxməhsullu baxım nəticəsində yarandığını iddia etdiyi kimyəvi qoxulu ətirlərin qadınları təbii görünüşdən uzaqlaşdırdığını yazıb.
Aydın
Şərhlər