"Əslində, insanın tənhalığa çəkilməsində anormal bir şey yoxdur. Çünki insan həmişə həm real, həm də xəyalındakı aləmlə ünsiyyətdə olur”.
Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov gənclərin təkliyə çəkilib özü ilə ünsiyyət qurması hallarını izah edərkən deyib. Psixoloq ünsiyyətin insanın bir təlabatı olduğunu qeyd edib:
"Bu gün biz həm yeniyetmələr, həm də gənclər arasında özünə qapanan, özü ilə ünsiyyət quranları görürük. Həmin gənclər beynində kiminlə danışır? Kiminlə ünsiyyət qurur, hansı xəyallar qurur, nə danışır? Problem burada ola bilər. Bu gün gənclərin böyük əksəriyyəti internetdə daha çox zaman keçirir. Amma bəziləri ünsiyət qurmur, musiqiyə qulaq asır, xəyallar qurur. Problem onların qurduğu xəyalla bağlı ola bilər. Onun nəyi düşünməsi problemdir. Biz ona fokuslanmalıyıq”.
Elnur Rüstəmov hamımının təkliyə qapanması və bəzən insanın özü ilə tək qalması istəyinin olduğunu vurğulayıb:
"Əsas məsələ budur, insan tək qalanda nə düşünür? Bu, bizim əhvalımıza müsbət də təsir edə bilər, mənfi də. Hamımız diqqətimizi bu məqama yönəltməliyik. Yəni biz çalışmalıyıq ki, həmin gənclər təkliyə qapananda pozitiv nöqtədə söhbət etsin, real həyatla fikirindəki həyat üst-üstə düşsün. Elə şey xəyal edə bilər ki, o əlçatmaz olar. Sonra real həyata qayıdanda iztirab çəkə bilər. İnsanın qurduğu xəyal dünyası, bir də yaşadığı bir ailə var. Davamlı olaraq virtual modelində yaşamaq olmaz. O aləmdən çıxan kimi real həyatda problemlər başlayır”.
Psixoloqun fikirincə, belə anlarda ünsiyyətdə problem yaranır:
"Ona görə ki, sənin virtual ailən real deyil, başqa bir şərtlər daxilində mövcuddur. Psixologiyada problemlər nə vaxt ortaya çıxır? Real "mən” ilə xəyaldakı "mən” arasında balans pozulanda. Bu əlaqə pozulan anda psixoloji problemlər otaya çıxır. İdeal mənlə real mən arasında bir harmoniya olmalıdır. Bu harmoniya varsa, psixoloji sağlamlıq da olacaq”.
Bahar Rüstəmli
Şərhlər