ABŞ-ın Nyu York şəhərində qalmaqala səbəb olan hadisə Böyük Britaniyanın nüfuzlu "The Times" qəzetinin səhvi ilə başlayıb.
Qaynarinfo xəbər verir ki, qəzetin yaydığı saxta müsahibədə Nyu Yorkun sabiq meri Bill de Blazionun Demokrat namizəd Zohran Mamdani haqqında tənqidi fikirlər söylədiyi iddia olunub.
"The Times"ın manşet xəbərində de Blazionun Mamdaninin seçki vədlərinin həyata keçirilə bilməyəcəyini söylədiyi qeyd edilib. Xəbər Nyu York ictimaiyyətində qısa müddətdə böyük rezonans doğurub.
Hadisədən iki saat sonra həqiqət üzə çıxıb. Bill de Blazio öz açıqlamasında ona aid edilən bütün sözlərin tamamilə uydurma olduğunu bildirib: "Mən bu qəzetlə heç vaxt danışmamışam"
"The Times" hadisədən sonra xəbəri iki saat içində saytından silib və üzr yayımlayıb. Qəzet rəhbərliyi onlarla Bill de Blazio adı ilə əlaqə quran saxtakar tərəfindən aldadıldığını açıqlayıb.
De Blazio saxtakarlıq qalmaqalından sonra Zohran Mamdaniyə dəstəyini bir daha ifadə edib: "Onun vizyonuna inanıram".
Aydın
Şərhlər