Xəbər lenti

Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru oldu
Ölkə 12:00 23.05.2019

Oleq Kuznetsov Tarix İnstitutunun fəxri doktoru oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclasında rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova institutun fəxri doktoru diplomu təqdim olunub.

İnstitutdan Qaynarinfo-ya verilən məlumata görə, Oleq Kuznetsov bu fəxri ada Azərbaycan və Rusiya arasında elmi əlaqələrin inkişafındakı mühüm xidmətlərinə görə layiq görülüb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov O.Kuznetsovu Rusiyanın görkəmli alimlərindən biri, həm də Azərbaycan tarixçilərinin dostu adlandırıb: "O, elmdə obyektivlik tərəfdarıdır. Ermənilərin Cənubi Qafqazda məskunlaşması Çar Rusiyasının köçürmə siyasəti ilə bağlıdır. Kuznetsovun ermənilərin buraya Rusiya imperatoru I Pyotrun manifesti ilə köçürülməsini etiraf etməsi böyük əhəmiyyətə malikdir”.

Elmi Şuranın iclasında Oleq Kuznetsov məruzə ilə çıxış edib.

O.Kuznetsov bildirib ki, erməni terrorçu-daşnak qüvvələri faşizmə xidmət ediblər: "Daşnak partiyasının liderlərindən olan Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq edib. Ermənistanda Qaregin Njde qəhrəmanlaşdırılır. Nasizmin təbliği Ermənistanda dövlət siyasətinə çevrilib. Mən erməni terrorizmini nasizmə bərabər tuturam. Erməni terrorçuları türk xalqlarını, nasistlər isə yəhudiləri məhv ediblər”.

İclasda çıxış edən tarixçi alimlər onun Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynadığını bildiriblər.

Elmi Şura institutun fəxri doktorları sırasında O.Kuznetsovun da portretinin yer tutması barədə qərar qəbul edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->