VI çağırış Milli Məclisin rəhbərliyində bir sıra dəyişikliklər olub.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, keçmiş sədr Oqtay Əsədov deputat seçilsə də, bu gündən etibarən parlamentin spiker vəzifəsini icra etməyəcək (Spikerlik kürsüsündə artıq Sahibə Qafarova əyləşəcək).
Eyni zamanda, Ziyafət Əsgərov Milli Məclis sədrinin I müavini postunu itirib. O, yalnız parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vəzifəsində qalacaq.
Bahar Muradova həm sədrin müavini, həm də İnsan hüquqları komitəsinin sədri vəzifəsini itirib. Valeh Ələsgərov da sədr müavini və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri olaraq builki siyahıda yer almayıb. Hər iki şəxs deputatlığa namizədlər siyahısında da yer almamışdı (Spikerin I müavini Əli Hüseynli, müavinlər isə Adil Əliyev və Fəzail İbrahimlidir)
Bundan başqa, Ziyad Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə sədrlik edə bilməyəcək, yalnız deputat kimi fəaliyyətini davam edtirəcək. Bu sözlər Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, İsa Həbibbəyli və Rafael Hüseynova da aiddir.
Eldar İbrahimov da Aqrar siyasət komitəsinə sədrlik vəzifəsini itirməklə yanaşı, builki parlament seçkilərində deputatlığa namizəd kimi də iştirak etməyib. Eyni aqibəti Hadi Rəcəbli və Arif Rəhimzadə də yaşayıb.
Şərhlər