Xəbər lenti

Ekonomiks 12:12 01.09.2019

Onların da maaşları artırıldı

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin (XKX) hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamları qüvvəyə minib.

Qaynarinfo xəbər verir ki,  sərəncamlarla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?