Ölkə 12:59 22.01.2021

Onlayn təhsilə qoşulan tələbələrin sayı açıqlandı

"Ötən ilin yanvar-fevral ayından başlayan koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan təhsilində İKT-nin tətbiqi ilə əsaslı dəyişiklər baş verib”.

Qaynarifo-nun Oxu.Az-a istinadən məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

O bildirib ki, bu dəyişiklər zərurətdən irəli gəlib:

"Hazırda təhsil alanlardan 1 milyon 400 mindən çoxunun özünəməxsus kabineti var. Təhsil verənlərin 128 mini artıq qeydiyyatdan keçib. Aktiv istifadəçilərin sayı 1 milyon 170 min nəfərdir. Həftəlik dərslərin sayı 6 milyon 200 min olub”.

"37 ali təhsil müəssisəsində 125 min tələbə onlayn təhsilə qoşulub”, - deyə nazir əlavə edib.