Xəbər lenti

Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq? (FOTO/VİDEO)
Video 15:00 15.11.2019

Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq? (FOTO/VİDEO)

Son vaxtlar onlayn alış-veriş saytları və sosial şəbəkə səhifələrindən şikayətlər durmadan artır.

Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.

Nərgiz Məmmədova – Şikayətçi: "Onlayn səhifələrin birindən geyim sifariş elədim və onlar məbləği tam şəkildə ödəməyi tələb elədilər, 1 həftə sonra geyimi gətirdilər lakin gələn geyimin şəkildəki ilə heç bir əlaqəsi yox idi. Mən daha sonra onlarla əlaqə saxlamağa çalışdım və nömrəmə cavab vermədilər, evlərinə qədər getsəm də açıqlama verilmədi”.

Şəhər sakinlərilə sorğu zamanıda eyni mənzərə ilə qarşılaşdıq.

Şəhər sakini: "Qrup yoldaşım bir dəfə sifariş vermişdi tamam başqa bir şey gətirmişdilər”.

Sakin: "Mən ancaq aksesuarlar sifariş verirəm, çünki geyimə güvənmirəm, geyim verən olub bəyənmiyiblər, razmer böyük gəlib keyfiyyətsiz olub ona görə”.

Eyyub Hüseynov – Azad İstehlakçılar Birliyinin sədri: "Azad İstehlakçılar Birliyinə şikayətlərin ardı-arası kəsilmir, beynəlxaq istehlakçı təşkilatının verdiyi məlumata görə onlayn ticarətlə satılan dərman preparatlarının çox böyük hissəsi  hətta 70%-i saxtadır”.

Bəs bu cür hallarla qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

Sabit Məmmədov – Reklam üzrə mütəxəssis: "Nəyə inanıb sifariş versinlər, baxsınlar həmin səhifənin mobil tətbiqi varmı, saytı varmı və orada müqavilə şərtləri varmı?  Müqavilə şərtləri göndərəndə mütləq onu oxumaq lazımdır ki, dəyişib və qaytarmaq mümkün olub olmadığını bilək”.

Pərviz Əzimov – Marketoloq: "İnsanlar ən birinci olaraq tanıdıqları saytlardan almalıdır məhsulu. 2-ci məsələ budur ki, mütləq diqqət etməlidirlər onlayn ödəniş etdiyi saytlarda "3D security” sistemi olmalıdır ki, onların sabah fırıldaqçılığı ilə üzləşdikdə bank onların pullarını geri qaytara bilsin. Yəni "3D security” olmadan ödənişlər etməmələri tövsiyyə olunur”.

Eyyub Hüseynov – Azad İstehlakçılar Birliyinin sədri: "Bütün hallarda kuriyer vasitəsilə çatdırılan onlayn ticarət məhsulunu alarkən mütləq və mütləq kassa çeki tələb etsinlər, əgər kassa çeki və ya mədaxil orderi tələb edilmirsə bu o deməkdir ki, burada problemlər yaşandıqda  istehlakçı hüququnu qorumaq mümkün olmayacaqdır”.

 Mövcud qanuna görə 5 gün müddətində istehlakçının hüququ var ki, malı dəyişsin və ya qaytarsın.Bundan başqa bu cür hallarla qarşılaşan istehlakçılar İqtisadiyyat nazirliyinə müraciət edə və ya Azad İstehlakçılar Birliyinin qaynar xətti ilə əlaqə saxlayıb öz şikayətlərini bildirə bilərlər.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->