Operada sosial məsafə

Operada sosial məsafə

İspaniyanın Real Opera Teatrı Cüzzeppe Verdinin "La Traviata" operasını sosial məsafə qaydaları çərçivəsində səhnəyə qoyacaq.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, səhnə və oturacaqları sosial məsafə qaydaları çərçivəsində qurulan opera səhnəsində solistlər bir-birindən 2 metr aralı dayanacaq. Buun üçün səhnədə ifaçıların dayandığı yerlər qırmızı xətlə işarələnib.

Sosial məsafə çərçivəsində orkestrin heyəti də yarıbayarı azaldılaraq, üçgünlük seanslarla növbəli rejimdə çalışacaq və musiqiçilər də bir-birindən 2 metr aralı oturacaq. Həmçinin tamaşaçı sayının da 50 faiz azaldılması nəzərdə tutulub.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR