OQ son günlər koronavirusa yoluxmada baş verən artımın səbəbini açıqladı

OQ son günlər koronavirusa yoluxmada baş verən artımın səbəbini açıqladı

"Dünyada koronavirusa yoluxmanın hazırda 21 milyondan çox olduğunu görürük”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan da bu prosesləri yaxından izləyir: "Xüsusilə Avropa ölkələrində karantin rejiminin sərtləşdirilməsi və yeni karantin qaydaları tətbiq edilir. Azərbaycanda son günlərdə rəqəmlərdə olan müsbət tendensiya bizi sevindirir. Vətəndaşların təmkinli, səbrli davranışı nəticəsində biz buna nail olmuşuq. Son günlər rəqəmlərdə cüzi artım vətəndaşların aktiv həyatından asılıdır. Ölkələrdə koronavirusun yayılma tendensiyası öyrənilərək müvafiq açılmalar həyata keçirilir. Bu, müvafiq qaydalar çərçivəsində baş verir. Bu gün də ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsi ilə bağlı qərar açıqlanıb”. 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR