Xəbər lenti

Siyasət 15:08 08.10.2019

Oqtay Əsədovdan Əli Əsədovla bağlı qərar

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilib. 

Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov qərar qəbul edib. 

Qərara əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən qərara alır: 

Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilsin.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?