"Ordumuz heç bir mülki obyekti hədəfə almır" - Hikmət Hacıyev

Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xətti boyunca erməni təxribatının qarşısının alınması və işğal edilmiş torpaqların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir və düşmənə ağır zərbələr endirir.

Qaynarinfo xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə,Azərbaycan ordusu beynəlxalq humanitar hüququn tələblərini əsas götürərək öz fəaliyyətini həyata keçirməkdədir və heç bir mülki obyekti hədəfə almır:

"Ermənilər dezinfomasiya yayıb ki, guya sərhəddə döyüşlər davam edir. Bu tamamilə yalnışdır, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istiqamətində iş aparır. Vəziyyətin gərginləşməsində bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR