Xəbər lenti

Orduxanın dəstəsindəki “xüsusi təyinatlılar” – bacısı oğlunun üzünə niyə maska keçirdi...
Ölkə 14:21 13.10.2019

Orduxanın dəstəsindəki “xüsusi təyinatlılar” – bacısı oğlunun üzünə niyə maska keçirdi...

Hollandiyada yaşayan azərbaycanlı blogger Orduxan Temirxanın dəstəsində son vaxtlar maraqlı personalar görünməyə başlayıb. Onun keçirdiyi aksiyalarda zatən iştirakçılar az olur. Bunun səbəblərindən biri söyüşlə, təhqirlə zəngin çıxışlarının özünütəkrardan başqa bir şey olmadığıdı. İntellektdən, savaddan kənar bir adam illərdir bir neçə ifadəni, cümləni əzbərləyərək təkrar edir. Ona görə də Orduxanın bu tip çıxışları "tərəfdarlarını” bezdirib. Heç şübhəsiz, bu cür primitiv çıxışlar, hazırladığı bayağı videolar başqa izləyicilərin də marağını çəkmir. Yəqin bu səbəbdən də Orduxanın izlənmə sayı getdikcə aşağı düşür.

Musavat.com xəbər verir ki, O.Temirxanın aksiyalarına qoşulanların sayının az olmasının bir başqa səbəbi də onun bu yalançı qəhrəmanlığına verilən təpkidi. Xaricdə yaşayan soydaşlarımız artıq başa düşürlər ki, xarici ölkədə yaşayıb, dövlətinə qarşı çıxmaq insana heç də başucalığı gətirən əməl deyil. Həmçinin insanlar anlayırlar ki, ölkə rəhbərliyinə bu cür ağır ifadələr ünvanlayan birinin yanında görünmək kiməsə yaxşı bir şey vəd etmir.



Buna baxmayaraq, Orduxan aksiyalara qoşulmaq üçün çağırışlar edir. Gəlməyənləri, yaxud gələndə üzünü gizlətmək istəyənləri yamanlayır. Orduxan Temirxan video-çarxlarında, sosial şəbəkə üzərindən etdiyi canlı yayınlarda kişilikdən, dürüstlükdən danışır. Amma Tural Əliyev ad-soyadlı bacısı oğlunun üzünü gizlətməsindən niyə bəhs etmir? Məsələ özünə gəldikdə mərdlik, dürüstlük unudulur deyəsən.

Belə çıxır, Tural Əliyevin təhlükəsizliyi Orduxan üçün çox vacibdi, amma ətrafındakı digər şəxslərin yox. Yəqin onlar Orduxanın yaxın qohumları olmadıqları üçün bu cür himayə edilmirlər.

Xatırladaq ki, bacısı oğlu üzünə maska taxaraq, onun aksiyalarına qoşulduğu günə kimi Orduxan belə imkanı heç kimə verməmişdi. Hətta o, bəzi mühacirləri bu istəyinə görə ağır tənqid etmiş, onları cəsarətli olmağa səsləmiş və üzünü gizlədənlərə öz ətrafında yer olmadığını söyləmişdi. Lakin məsələ bacıoğluna gəldikdə, kişiliyə, dürüstlüyə yanaşma tərzi də dəyişir...



Musavat.com-un əldə etdiyi bilgiyə görə, Tural maska taxaraq, dayısının aksiyalarına qatıldıqdan sonra, Orduxan bəzi mühacirlərin də eyni üsulla onun aksiyalarında iştirakına göz yummaq məcburiyyətində qalıb. Son videolarda bu cür maskalı şəxsləri görmək mümkündür. Bu, eyni zamanda Orduxana bacısı oğlunu həmin maskalı şəxslərin içərisində "gizlətməyə” imkan verir.

Orduxan Turalın xaricdə oturum almasını da xüsusi taktika ilə həll etməyə çalışır, necə ki, hazırkı durumda ona aksiyalarda tanınmaması üçün üzünü örtməsini öyrətmişdi...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->