Türkiyədə Adem Karasu adlı bir sahibkar çox adamın iyrəndiyi soxulcanlardan pul qazanır.
Qaynarinfo Milliyet-ə istinadən xəbər verir ki, Türkiyənin Aydın şəhərinin Kuyucak rayonunda soxulcan biznes quran A. Karasu onların torpağın münbitliyi üçün çox önəmli olduğunu söyləyib.
ABŞ-da yaşayan bir tanışı vasitəsilə oradan 5 min ədəd soxulcan gətirən Karasu 2 il ərzində onların sayını 900 minə çatdırıb.
Karasu əkinçiliklə məşğul olanlara ələnmiş soxulcan gübrəsinin kilosunu 10 lirəyə, yaşını 6 lirəyə, soxulcanın 1 ədədini isə 25 qəpiyə satdığını bildirib.
Aydında bu təsərrüfat üçün xüsusi yer düzəldən sahibkar soxulcanların gecə də çalışmaları üçün ərazini işıqlandırdığını, əldə etdiyi gübrədən öncə özünün istifadə etdiyini və məhsuldarlıqda artım müşahidə etdiyini deyib.
Şərhlər