"Ölkədə başlamış islahatların səmərəliliyi mütləq müvafiq qanunvericilik bazası ilə dəstəklənməlidir”.
Qaynarinfo xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.
O, islahatların ruhuna və demokratik dəyərlərin inkişafına dəstək olacaq yeni qanun layihələrinə böyük ehtiyac olduğunu bildirib: "Odur ki, çeviklik, müasirlik və innovativlik kimi keyfiyyətlər müasir Milli Məclisin əsas xüsusiyyətlərinə çevrilməlidir”.
Şərhlər