Pakistan Hindistan səfiri Sohail Mahmudu ölkəsinə geri çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Faysal məlumat yayıb.
Qeyd edək ki, 14 fevralda Hindistanın nəzarətindəki Kəşmirdə terror aktı törədilmiş, 44 əsgər həyatını itirmişdi. Hindistan hadisəni törədən qrupun Pakistan tərəfindən dəstəkləndiyini iddia edir. Pakistan açıqlamasında iddianı rədd edərək hücumu qınadığını açıqlayıb.
Gülşən
Şərhlər