Pakistanda sərnişin avtobusu qatarla toqquşub.
Qaynarinfo xəbər verir ki, ölkənin şərqində baş vermiş qəza nəticəsində 19 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Ölənlər arasında 2 azyaşlının da olduğu bildirilir.
Pakistanın baş naziri İmran Xan Tvitter üzərindən ölənlərin yaxınlarına başsağlığı verib. Həmçinin dəmir yollarının təhlükəsiz vəziyyətə gətirilməsi üçün çalışacaqlarını bildirib.
Camal
Şərhlər