Pakistanda ilk dəfə dini təhqirə görə edam həyata keçirilə bilər.
Qaynarinfo xəbər verir ki, ötən günlərdə Lahor və digər şəhərlərdə xristian qadın Asiya Bibi əleyhinə etiraz aksiyaları təşkil edilib və əhali qadının edam edilməsini tələb edib. Bibi 2009-cu ildə meyvə yığımında birlikdə işlədiyi qadınların istifadə etdiyi sudan götürərək içmişdi. Daha sonra müsəlman qadınlardan biri "O sudan içməyin, artıq haramdır" reaksiyasını vermiş və Asiya Bibi "Çirkli xristian" adlandırılmışdı. Qadın bu münasibətin qarşılığında "Dinimi dəyişməyəcəm. Xristianlığa və insanlığın günahları üçün çarmıxa çəkilən İsa Peyğəmbərə inanıram. Bəs Məhəmməd Peyğəmbər insanlıq üçün nə edib? Niyə sizin əvəzinizə mən dinimi dəyişməliyəm?" cavabını verib. Mübahisədən sonra məsələ böyümüş və Bibi həbs edilmişdi.
Sabah Asiya Bibinin sonuncu məhkəməsi keçiriləcək. Əgər qadın barədə edam cəzası ləğv edilməsə, o, Pakistanda dini təhqirə görə edam edilən ilk şəxs statusunu qazanacaq.
Gülşən
Şərhlər