"Azərbaycanın xarici ticarətində böyük azalma var, amma əsas səbəbi neft ixracı və dövlət idxalının kəskin azalmasıdır".
Qaynarinfo xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspertin sözlərinə görə, qeyri-neft ixracında təxminən 100 milyon dollar (5,3%) azalma olub:
"Amma neft-qaz ixracatı 5.8 mlrd. dollar (33%) azalıb. 2019-da neftin orta qiyməti 65 USD, 2020-də 45 USD ətrafında olub. Qiymətdəki hər 10 dollar ucuzlaşma neft-qaz ixracını təxminən 2.9 mlrd. USD (hər 1 dollar 290 mln. dollar) azaldıb.
İdxal 2.9 mlrd. USD (22%) azalıb. Amma dövlət idxalı 2.3 mlrd. dollar (2.3 dəfə) kiçilib. Qeyri-dövlət idxalında azalma cəmi 600 mln. USD (6,3%) təşkil edib.
Gömrük sisteminin büdcəyə ödənişləri cəmi 470 mln. manat (11%) azalıb. Amma bununla belə vergi ödəmə əmsalı xeyli yüksəlib. Belə ki, 2019-da büdcə ödənişlərinin idxalın dəyərinə nisbəti 18,9% idisə, 2020-də 21,6% olub. Yəni 1 il əvvəl hər 100 dollarlıq idxaldan 18,9 dollar büdcəyə daxil olmuşdusa, 2020-də 21,6 dollar alınıb".
Orxan Əhmədli
Şərhlər