Roma papası Fransiskin ağ rəngli "Lamborghini Huracan" markalı lüks avtomobili hərracda satılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın ANSA informasiya agentliyi məlumat yayıb. Papanın imzaladığı avtomobil bazar dəyərindən 4 qat artıq məbləğə - 715 min avroya (təxminən 1,5 milyon manat) satılıb.
Satışdan əldə edilən gəlir xeyriyyə təşkilatların büdcəsinə köçürüləcək.
Şərhlər