Xəbər lenti

Maqazin 16:43 21.01.2022

"Parni İz Baku" komandası "Şuşa" komandası haqqında: "Bizə bağlılığı yoxdur"

"Rusiyanın Soçi şəhərində keçirilən "KİVİN-2022" festivalında ikinci tura yüksələn "Şuşa" komandasının bizə heç bir bağlılığı yoxdur və yarışa qatılmazdan əvvəl də bizimlə heç bir məsləhətləşmə edilməyib".

Bu barədə Qaynarinfo-ya "Bakı şəhər Şən və Hazırcavablar Klubu" və "Parni İz Baku" komandasının direktoru Pərviz Məmmədov bildirib.

Pərviz Məmmədov bildirir ki, "Şuşa" komandası ətrafında baş verən hadisə ilə bağlı iki gündür ki, onlara saysız-hesabsız zənglər gəlir: "Halbuki bizim bu komandaya heç bir bağlılığımız yoxdur. Komandanın rəhbəri Müşviq Abbasova gəlincə, onunla da yalnız 2000-ci ildə müəllif kimi çox qısamüddətli əməkdaşlığımız olub. O da komandamızın əsas heyətinə daxil deyil. Ona görə də mediadan xahiş edirik ki, bu suallarla aidiyyatı insanlara müraciət etsinlər"

Qeyd edək ki, "Şuşa" komandası Soçi şəhərində keçirilən festivalda ikinci tura yüksələndən sonra festivalın rəsmi saytında "Şuşa" deyil, "Buta" adı ilə qeyd edilib.

Sosial şəbəkələrdə komandanın adının təşkilatçıların təzyiqindən sonra dəyişdiyi bildirilir və bu, insanlar tərəfindən böyük narazılıqla qarşılanıb.

Komandanın rəhbəri məşhur ssenarist və prodüser Müşviq Abbasov isə hələ ki, mövzu ilə bağlı heç bir açıqlama verməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->