Xəbər lenti

DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi
Ekonomiks10:43 21.12.2024

DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş işçisi Oqtay Məsmalıyev qurumu məhkəməyə verib. 
Qaynarinfo-nun məlumatına görə, tərəflər arasındakı mübahisə pensiya təminatı ilə əlaqədardır. 
Oqtay Məsmalıyevin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. Yanvarın 5-nə işüzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək. 
Bundan əvvəl DGK-nın keçmiş işçisi Nəzakət Qazıbəyova məhkəmə vermişdi. Onunla da qurum arasındakı mübahisə pensiya təminatı ilə bağlı idi.
Bu məsələni araşdırarkən məlum olmuşdu ki, Səfər Mehdiyev DGK-nın sədri olduğu dönəmdə bir qrup gömrük əməkdaşının pensiya hüququ pozulub. 
DGN-nın sədri Şahin Bağırovdur. O,2023-cü ildən quruma rəhbərlik edir.
Seyid