Xəbər lenti

Partiya sədrindən
Siyasət 18:56 17.01.2022

Partiya sədrindən "Siyasi partiyalar haqqında" yeni qanuna münasibət

"Hesab edirəm ki, partiyalarla birlikdə dəyirmi masa keçirilməlidir. Partiyaların fikirləri alınmalı, diskusiyalar aparılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılacağını şərh edərkən deyib.

Partiya başqanının fikirincə, qanun layihələrində tez-tez dəyişikliklər və düzəlişlərin olunması təbiidir:

"Çünki reallıqlar, şərtlər, geopolitik vəziyyət, partiyaların fəaliyyət istiqamətləri, formaları, nəhayət iqtidar-müxalifət münasibətləri dəyişir. Bütün bunların fonunda dəyişikliklərin olması üçün qanun layihələrinin yenidən formalaşması faydalıdır. Amma bir şərtlə ki, bu məsələlər parlamentin müzakirəsinə çıxarılmazdan öncə ictimai müzakirəyə çıxarılsın. Yoxsa ki, bir plenar iclasa çıxarılıb, müzakirə aparıb elə iclasda da qərar qəbul eləmək düşünürəm ki, faydalı olmayacaq”.

Partiya başqanı bildirib ki, bu gün Azərbaycanda 60-dan yuxarı partiya var:

"Doğrudur, bu partiyaların hamısı eyni gücdə, eyni səviyyədə, ictimai fikrə təsiretmə gücündə və yaxud da əhali ilə işləmək qabiliyyətində olmasalar da, hər halda onların bəlli bir hissəsi kifayət qədər geniş auditoriyası olan partiyalardır. Məncə, onların iştirakı ilə bir toplantı keçirib, müzakirə aparıla bilər. Ondan sonra Mili Məclisin plenar iclasına çıxarılsa, daha faydalı ola bilər”. 

Qeyd edək ki, Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli mətbuata açıqlamasında bildirib ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->