Paşinyan istefa verə bilər (VİDEO)

Paşinyan istefa verə bilər (VİDEO)

Ermənistanın "Past.am” gündəlik qəzetinin yazdığına görə, Nikol Paşinyan martın 9-u və ya 10-u vəzifəsindən istefa verə bilər.

"Ermənistanda daxili siyasi hadisələrin mərkəzində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan və digər yüksək rütbəli zabitlərin Nikol Paşinyanı istefaya çağırdığı bəyanat durur. Nikol Paşinyan 9 və ya 10 mart tarixlərində hərbi dairələrlə birlikdə keçirdiyi görüşlərdə istefa verəcəyinə söz verib, bundan sonra növbədənkənar seçkilər keçiriləcək.

Paşinyan may ayında erkən seçkilərin baş tutacağına əminliyini bildirib. Lakin nə generallar, nə də siyasi dairələr, yumşaq desək, ona inanmırlar. Digər tərəfdən, seçkilərin keçiriləcəyi təqdirdə, görünməmiş miqdarda inzibati resurslardan istifadə ediləcəyi və seçki nəticələrinin saxtalaşdırılacağı düşünülür”, – deyə qəzetin məqaləsində qeyd edilib.//qazet.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR