Dünya 18:19 26.02.2021

Paşinyana sadiqliyini saxlayan erməni generallar (FOTO)

Ermənistan ordusunun 5 yüksək rütbəli zabiti, Baş Qərargahın Paşinyanın istefa verməsi ilə bağlı tələbinə imza çəkməyib.

Ermənistan KİV-i xəbər verir ki, onlar Baş Qərargah rəisinin müavini, general-leytenant Andranik Makaryan, Baş Qərargahın Kəşfiyyat Xidmərinin rəisi, general-mayor Arakel Martikyan, Silahlanma Xidmətinin rəisi, general-mayor Poqos Poqosyan, Hərbi Nəzarət Xidmətinin rəisi, general-leytenant Cəlal Arutunyan və Baş Qərargahın Hərbi Məlumatlar Xidmətinin rəisi, polkovnik Artur Çatyandır.

Baş Qərargahın 40-dan artıq generalı Onik Qasparyanın başçılığı altında Paşinyanın istefasını tələb edib. //modern.az