Siyasət 12:20 09.06.2021

Paşinyanın oğlunu Azərbaycana təklif etməsi nəyi dəyişə bilər? (ŞƏRH)

"Azərbaycan bu terrorçuları kiminlə və nə zamansa dəyişmək fikiri yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanın bütün əsirlərin qarşılığında oğlunu təklif etməsi təklifinə münasibətində deyib. Ekspert qeyd edib ki, onların hər birinin törətdiyi əməllərdə cinayət tərkibi olarsa, Azərbaycan Respublikasının qanunları qarşısında tam məsuliyyət daşıyacaqlar:

”Buna görə də onların dəyişdirilməsi, kiminləsə mübadilə edilməsi müzakirə mövzusu ola bilməz. Sərkisyan yaxşı bilir ki, Azərbaycan heç bir zaman terrorcunu hansısa sıravi bir vətəndaşa onun kimin oğlu olmasından asılı olmayaraq dəyişməyəcək. Ona görə də belə bir populist bəyanat verir”.
 
 
 
Qeyd edək ki, Ermənistanın eks-prezident Serj Sarkisyan müvəqqəti Baş nazir Nikol Paşinyana "Oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyiş” təklifini verib. Paşinyan bu təkliflə razı olduğunu deyib: "Razıyam. Rəsmi olaraq da Əliyevə deyirəm - bütün əsirlərin əvəzinə oğlumu təklif edirəm”.

Bahar Rüstəmli