Xəbər lenti

Paşinyanın partiyası Ermənistan hökumətini təkbaşına qura biləcək
Dünya 11:26 21.06.2021

Paşinyanın partiyası Ermənistan hökumətini təkbaşına qura biləcək

Erməni seçki məcəlləsi Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının təkbaşına respublika hökumətini qurmasına imkan verir. Yüksək ehtimalla Nikol Paşinyan yenidən baş nazir vəzifəsinə təyin ediləcək.

Qaynarinfo xəbər verir ki, hökumət qurmaq üçün parlamentdəki yerlərin 54%-i bir bloka və ya partiyaya məxsus olmalıdır. "Vətəndaş Müqaviləsi" partiyası isə səslərin 53.92%-ni qazanıb. Bu partiyadan başqa, yalnız Robert Köçəryanın "Ermənistan" ittifaqı parlamentə düşə bilib - 21.04 %.

Nikol Paşinyan artıq partiyasının qələbəsini elan edib. Köçəryanın tərəfdarları seçkilərin təmizliyindən şikayətlərinin olmadığını qeyd edirlər.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->