Siyasət 15:18 31.10.2020

Paşinyanın gedişləri Hitlerin bunker bəyanatlarını xatırladır (ŞƏRH)

"Müharibənin bir ayı müddətində Azərbaycan Ordusu Ermənistanın canlı qüvvəsini, texnikasını məhv edib, xüsusi təyinatlıları, kəşfiyyat bölmələri, dağatıcı qüvvələri, alayları darmadağın edilib. Ona görə Ermənistan məcbur olub 3 dəfə səfərbərlik elan edib. Bu səfərbərlikdən də xeyli vətəndaşları yayındı. Ardınca yaşlıları, indi qadınlarını cəbhəyə göndərməyə məcbur olub".


Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın öz feysbuk hesabında yaydığı erməni qadınlarından ibarət batalyonun fotosunu şərh edərkən deyib. Ekspertin sözlərinə görə, Ermənistanın təlim görmüş ordusu Qarabağda davam gətirə bilməyib:


"Baş nazir müraciətində qadınlara dedi ki, ərlərinizi, oğullarınızı da cəbhəyə göndərin. Ardınca qadınlara batalyon yaratmağı və döyüşə gəlmələrini bildirdi. Bunların heç bir nəticəsi olmayacaq, hamısı boş fikirlərdir. Müharibə gedir, 3-5 günə onlar nə edəcək, kimləri döyüş bölgəsinə gətirəcək? Ermənistanın təlim görmüş ordusu əgər Qarabağda davam gətirə bilmədisə, erməni qadınları, yaşlıları 3-5 günə neyləyəcək? Əgər Baş nazirin ağlı olsaydı, problemlərə düçar olmazdı. Ermənistanı acı günlər gözləyir, daha dəhşətli məğlubiyyətləri olacaq. Biz Qarabağı azad edəcəyik. Ermənistanın özündə böyük problemlər yaşanacaq".

 

 


Emin Həsənli hesab edir ki, Ermənistan yaxın 30-50 il ərzində bölgədə çox ağır proseslərlə üz-üzə olacaq:

 

"Ermənistanın bir dövlət kimi mövcudluğu sual altınqa qalacaq. Xəstə bir təfəkkürdür, 1945 -ci ildə Hitlerin çabalarına oxşayır. Evdə oturub gündə bir bəyanat verirdi və Almaniya da Sovet Ordusu tərəfindən işğal olundu. Paşniyanın bu gedişi onu xatırladır. Hərbinin bütün parametrlərinə görə Azərbaycan ordusu üstündür. Həm peşəkarlığına, həm də müasir silah- sursata, ən əsası isə döyüş hazırlığı və ruh yüksəkliyinə görə... Məhv olmuş, sınmış Ermənistan ordusunun pompensasiya etmək, yenidən kabinetləşdirmək mümkün olmayacaq. Onlar duruş gətirə bilməyəcək. Qarabağ məsələsinin həlli bütünlüklə həll olunub, qısa bir müddətdə torpaqlarımızın qalan hissəsi də işğaldan azad ediləcək, terrorcular məhv olunacaq, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Bunun qarşısını alacaq elə bir güc yoxdur".

 

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan öz feysbuk hesabında qadınların fotosunu paylaşaraq təlim keçdiklərini bildirib. Çarəsiz qalan düşməm qadınlardan ibarət dəstələr formalaşdıraraq cəbhəyə göndərməyə hazırlaşır.


Bahar Rüstəmli