ABŞ çempionatında penaltidən qeyri-adi qol vurulub.
Qaynarinfo xəbər verir ki, "Atlanta”nın 25 yaşlı venesuelalı futbolçusu Jozef Martines MLS-in pley-off mərhələsinin "Nyu-York Siti” ilə cavab matçında zərbə anında fərqli texnika tətbiq edərək hesabı açıb.
Qeyd edək ki, oyun "Atlanta"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb və "Atlanta” komanda yarımfinala vəsiqə qazanıb. Jozef Martines bu matçda dubl edib. Corciya təmsilçisi finala vəsiqə uğrunda "Nyu-York Red Bullz”la qarşılaşacaq.
Şərhlər