Dünya 14:50 20.08.2019

"Pəncə" əməliyyatı davam edir

Türkiyə ordusu "Pəncə" hərəkatı çərçivəsində İraqın şimalında anti-terror əməliyyatı həyata keçirib.

Qaynarinfo xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Metina bölgəsində baş tutan əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. 

Terrorçu qrupa aid silah-susat, sığınacaq məhv edilib.

Gülşən