Xəbər lenti

Pensiyaçılara şad xəbər: bu gündən etibarən...
Ölkə 11:04 15.02.2018

Pensiyaçılara şad xəbər: bu gündən etibarən...

Bu gündən başlayaraq pensiyalar artımla birgə ödəniləcək.
 
Qaynarinfo xəbər verir ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur.

Sərəncamla əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

Pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il üzrə orta aylıq nominal əməkhaqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->