Dünya 17:10 14.04.2021

Peskov Donbasda gərginliyin azaldılması şərtini açıqladı

Donbasda sakitlik yalnız Ukraynanın silahlı qüvvələrinin bölgədəki "təxribatçı hərəkətlərdən" imtina etməsi halında təmin edilə bilər.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun Ukraynanın hakim elitasını Donbasdakı gərginliyi artırmağa təhrik etdiyini deyib.

Bu gün Ukrayna hərbçilərinin Krım sərhədində top və tank ehtiyatlarının iştirak etdiyi təlimlərdə iştirak etdiyi bildirilib.
 
Alpər