Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov şefi Vladimir Putinin bu həftənin əvvəlində görüşdüyü avropalının adını açıqlamaqdan imtina edib. Qaynarinfo xəbər verir ki, sözügedən görüş barədə Putin özü bir gün əvvəl könüllülərlə görüşündə danışıb.
İnterfaks xəbər verir ki, Peskovdan Putinin kimlərlə görüşdüyü soruşulub: İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Almaniyanın keçmiş kansleri Gerhard Şröeder, yoxsa Avstriyanın keçmiş xarici işlər naziri Karin Kneissl?
Peskov cavab verib ki, iclas şəxsi olduğu üçün onun kim olduğu barədə məlumatı yoxdur. Və əlavə edib ki, Putinin bu cür şəxsi təmasları çoxdur, Kremlin də bildirmədiyi "iş əlaqələri" var. "Bu, tamamilə normal bir şeydir", - Peskov deyib.
Xatırladaq ki, Putin bir gün əvvəl deyib: "Dünən gecə, Kremldə işləyərkən xeyli gec olsa da, ölkəyə gələn həmkar tanışlarımdan biriylə görüşdüm. Xaricidir, burda evdə yaşayır, təbii ki, Rusiyaya işgüzar səfərə gəlib. Dünən axşam saatlarında onu gördük və təəssüratlarını danışdı".
Putinin sözlərinə görə, həmsöhbəti pandemiyaya baxmayaraq, Moskvanın küçələrində həyatın davam etməsinə təəccüblənib, halbuki Avropanın böyük şəhərlərində "küçələrdə nadir maşınlar var, insanlar demək olar ki, yoxdur, hər şey bağlıdır".
Alpər
Şərhlər