Dünya 16:30 14.10.2019

Türkiyə və Rusiya qoşunları Suriyada toqquşa bilərmi: Kremldən açıqlama

Rəsmi Kremlin sözçüsü Dmitri Peskov Suriyada Rusiya və Türkiyə arasında qarşıdurma ehtimalı barədə suala münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, Türkiyənin Fərat çayının şərqində başladığı "Barış Pınarı" anti-terror hərəkatının davam etdiyi bir dövrdə türk və rus əsgərlərinin üz-üzə gələcəyi qarşıdurmanın mümkünlüyü ilə bağlı suala D.Peskov belə cavab verib:

"Bu ehtimalı düşünmək belə istəmirəm. Əlavə bir şey deyə bilmərəm, əsgərlərimiz belə bir halın baş verməməsi üçün qarşılıqlı əlaqədədir".

Gülşən