Peterburqda LGBT Tiktokerin cəsədi tapıldı - Polisə xəbəri azərbaycanlı verdi

Peterburqda LGBT Tiktokerin cəsədi tapıldı - Polisə xəbəri azərbaycanlı verdi

Sankt-Peterburqda bir TikTok kanalının aparıcısı, 22 yaşlı Tacikistan əsilli şəxsin cəsədi tapılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə 78.ru hüquq-mühafizə orqanındakı mənbəyə istinadən məlumat verib.

Saytın yazdığına görə, cəsədlə bağlı 45 yaşlı bir azərbaycanlı polisə müraciət edib, bloggerin cəsədi də həmin yaşayış binasında tapılıb. Əynində şort və tünd kofta olan gənc üzü yastığa yataqda uzanmış vəziyyətdə uzanmış olub.

Ölümün zorakı olub-olmadığı məlum deyil. İstintaq gedir, evin sahibi tutulub.

Qeyd olunur ki, mərhum qeyri-ənənəvi cinsi oriyentasiyasını gizlətməyib, özü haqqında TikTok-da danışaraq yarıçılpaq rəqs edib.

Xatırladaq ki, bundan əvvəl Sankt-Peterburqda Marina Koxal əri, reper Andi Kartraytın qətlində günahlandırılaraq həbsxanaya göndərilib. Qız ərinin həddindən artıq narkotik dozadan öldüyünü iddia etsə də, tibbi ekspertiza musiqiçinin "ucuz ölümü"nün gizlədilməsi istəyini üzə çıxarıb. 

İstintaq cinayətin şiddət versiyası üzərində israr edir.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR