Xəbər lenti

Petro Poroşenkoya cinayət işi açıldı
Dünya 18:28 21.05.2019

Petro Poroşenkoya cinayət işi açıldı

Ukraynanın sabiq prezidenti Petro Poroşenkoya qarşı cinayət işi açılıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Ukrayna Dövlət İstintaq Bürosu sabiq dövlət başçısını ötən il 25 noyabrında Kerç boğazında ölkənin hərbi donanmasına məxsus katerlərin Rusiya hərbi gəmilərinin hücumuna məruz qalması işində ittiham edir.

Məlumata görə, hakimiyyət orqanlarında yüksək vəzifələr tutan şəxslərin dövlət xəyanəti, Konstitusiya quruluşunu zorla dəyişdirilməsi və ya devrilməsi, hakimiyyət və ya xidməti səlahiyyətləri həddini aşma maddələrində nəzərdə tutulan əməlləri törətmələri ehtimalı ilə bağlı təhqiqata başlanılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->