Xəbər lenti

Sənət 14:27 21.05.2020

Pikassonun 5 milyonluq rəsmini 100 avroya qazandı

Məşhur rəssam Pikassonun "100 avroluq Pikasso" xeyriyyə lotereyasında uduşa qoyulmuş 1 milyon avro dəyərində olan əsərini italyalı Klaudia Borqono adlı şəxs qazanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu, rəssamın 1921-ci ildən sonra çəkdiyi, ölçüsü 22,9 x 45,7 santimetr olan şüşə və qəzet əks olunmuş natürmortdur. Rəsm 1950-ci ildə San-Fransisko Müasir İncəsənət Muzeyində sərgilənib, daha sonra hərraca çıxarılıb və əvvəlcə İsveçrədə, daha sonra isə Fransız kolleksiyasında yer alıb.

Ümumilikdə hərracda 100 avro dəyərində 51 min 140 bilet satılıb. Beləliklə, toplanan ianələrin həcmi 5 ilyon avrodan çox olub. Vəsait Afrika xalqlarının içməli su ilə təmin olunmasına və təhsilinə xərclənəcək. Belə ki, Kamerun, Madaqaskar və Mərakeşin kəndlərində məktəb və su quyuları inşa ediləcək.

Qeyd edək ki, ilk dəfə 7 il əvvəl oxşar lotereya keçirilib. Həmin vaxt 25 yaşlı bir amerikalı gənc Pikassonun 1914-cü ildə çəkdiyi rəsmin sahibi olub. Əldə olunan vəsait Livandakı qədim Finikiya şəhərinin bərpa edilməsi üçün istifadə edilmişdi.

Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->