İdman 17:07 04.01.2023

Pike karyerasını bərpa edir - Öz klubunda oynayacaq

"Barselona"nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike futbolçu karyerasını bərpa edə bilər.

Qaynarinfo "Relevo"ya istinadən xəbər verir ki, ötən ilin payızında butslarını mıxdan asdığını bildirərək azarkeşlərlə vidalaşan Jerar özünün olan "Andorra" klubunun formasını geyinməkdə qərarlıdır.

Xəbərə görə, arxa xətt oyunçusunun yenidən yaşıl meydanlara dönmək arzusu yalnız top üçün darıxdığından irəli gəlmir. Mənbə İspaniya Sequndasında hazırda 10-cu pillədə yer alan "üçrənglilər"in nəticələrinin Pikeni qayğılandırdığını vurğulayıb. Xəbərdə məşhur veteranın yenidən top qovmaq arzusuna Sequndanın maliyyə qaydalarının mane ola biləcəyinə də toxunulub.