İdman 14:52 24.04.2013

Pikedən acı etiraf: "Bizi rəsmən süpürdülər"

"Barselona"nın müdafiəçisi Jerar Pike dünən "Bavariya" qarşısındakı acı məğlubiyyətdən danışıb. 

Qaynar.info-nun məlumatına görə, Pike verdiyi açıqlamasında rəqibləri tərəfindən rəsmən süpürüldüklərini söyləyib: "Bizi rəsmən süpürdülər. Revanş oyununda vəziyyəti çevirib azarkeşlərimiz qarşısında yaxşı nəticə qazanmağa çalışacağıq. Onlar müydanda bizdən daha yaxşı və daha sürətli idilər. Hakim haqqında isə danışmağın mənası yoxdur".

Qaynar.info