Xəbər lenti

Pirşağıda çimərliklər hasarlanıb, pulsuz buraxmırlar (VİDEO)
Video 16:58 17.06.2019

Pirşağıda çimərliklər hasarlanıb, pulsuz buraxmırlar (VİDEO)

Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisinə düşən çimərlik hissəsi kasıb əhalinin üzünə bağlanıb.

Qaynarinfo xəbər verir ki, "Yeni Sabah"ın redaksiyasına daxil olan şikayət videosunda açıq-aşkar görürük ki,çimərlik ərazisi hasara alınıb və avtomobillərin əraziyə girişini tənzimləmək üçün xüsusi maneələr yaradıblar.

Şikayətçi maşını ilə çimərlik ərazisinə girmək istəsə də, çimərlik işçisi ondan 10 manat tələb edib. Dediyi məbləği verməyəcəyini təqdirdə çimərliyə daxil ola bilməyəcəyini bildirib. "Bizim Məkan" adlanan obyektin isçisi "qapı"dan aldıqların pulun müqabilində müştərilərə qəbz belə vermir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->