Almaniya müdafiə nazirliyinin göstərişi ilə çıxarılan və əsgərlərə paylanan Y adlı jurnalda PKK terror təşkilatının Suriya qolu olan YPG-yə geniş yer verilib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, aylıq jurnalın dekabr sayında YPG terrorçularının fotoları və onlarla müsahibələr "Müharibədən geriyə qalanlar" başlığı ilə dərc olunub.
Jurnalda yayımlanan fotoların müəllifi fotoqraf Andi Şpuğadır. Mətn isə jurnalist Silvia Börner tərəfindən qələmə alınıb. Yazıda YPG üzvlərinin Suriyanın Rakka şəhərinin İŞİD terror təşkilatından azad edilməsində böyük rol oynadığı qeyd edilib.
Gülşən
Şərhlər