PKK Türkiyəyə qarşı İrəvandan silah alacaq, Haşdi-Şabi daşıyacaq

PKK Türkiyəyə qarşı İrəvandan silah alacaq, Haşdi-Şabi daşıyacaq

Türkiyənin anti-terror əməliyyatları qarşısında duruş gətirə bilməyən PKK "sağ qalmaq” üçün Ermənistandan 9K33 OSA zenit raket sistemləri almaq istəyir.

Qaynarinfo Türkiyə mediasına istinadla xəbər verir ki, gizli danışıqlarda terrorçuları erməni əsilli Bese Hozat və Nuriye Kesbir, Ermənistan tərəfini isə Xocalı qatili, Xankəndidəki separatçıların "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan, separatçıların keçmiş "müdafiə naziri”, hazırda Ermənistan Müdafiə Nazirliyində Hərbi Nəzarət Xidmətinin rəisi Cəlal Arutyunyan və I Qarabağ müharibəsinin canilərindən olan, bir müddət separatçıların "müdafiə naziri” və "təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayan təmsil edib.

Təmasları quran İrana bağlı Haşdi Şabi qruplaşması silahların PKK-ya daşınmasını həyata keçirəcək.
 
Alpər

X
XƏBƏRLƏR
BLOGLAR