Plastik təbiətdə uzun müddət qalması və ətraf mühitə verdiyi zərərlə tanınır.
Qaynarinfo xəbər verir ki, yeni kəşf edilən ferment plastiki bir neçə gün ərzində həll edə bilər. Yaponiyada zibillikdə tapılan "PETase" adlı fermentin əsasını plastik yeyən bakteriya təşkil edir. "Ideonella sakaiensis" adlı bakteriya plastik yeyib istehsal etdiyi enerji ilə yaşayır.
Tədqiqat prosesində yer alan professor Con Makqiihan bildirir ki, plastik təbiətdə sadəcə 50 ildir böyük miqdarda var və bu maddəni yeyən bakteriyanın formalaşması üçün bu zaman çox qısadır. Makqiihan həmçinin fermentin plastikin yenidən emalı prosesinə tövhə verəcəyini, keyfiyyətini itirməyən plastik emalının mümkün ola biləcəyini vurğulayır.
Alimlər "PETase" fermentini daha effektiv hala gətirərək sənayedə geniş istifadəsi üçün çalışırlar.
Gülşən
Şərhlər