Şəhid general-mayor Polad Həşimovun yaşadığı binada təmir işləri görülür.
"MediaPost” xəbər verir ki, Sumqayıt şəhəri "on üçüncü mikrorayon” ərazisində yerləşən 43-cü binada təmir işləri başlayıb. Polad Həşimovun yaşadığı həmin binada dünəndən başlayan fasad işləri davam edir.
Qeyd edək ki, Polad Həşimov Sumqayıtda anadan olub və o, iyulun 13-14 keçən gecə Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində gedən döyüşlərdə həlak olub.
Şərhlər